Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon İH-nın təşkilatçılığı ilə Börü qəsəbəsi ərazisində 10000 ədəd yerli tut tingləri əkilib

0

  •        Prezident İlham Əliyevin 2017-ci il noyabrın 27-də imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Müvəqqəti köçkün həyatı yaşayan xocalılar da müvafiq Sərəncama əsasən, baramaçılığın və ipəkçiliyin inkişafına öz töhfələrini verirlər. 21 noyabr tarixdə Goranboy rayonunun Börü qəsəbəsinə yaxın ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 6 hektar ərazidə 10000 ədəd yerli tut tingləri əkilib. Xocalı rayon İH-nın, Xocalı Aqrar İnkişaf Mərkəzinin, rayon idarə və müəssisələrinin əməkdaşları əkində fəal iştirak ediblər. Əlavə olaraq Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 4500 ədəd yerli tut tinglərinin əkilməsi nəzərdə tutulub.
            Qeyd edək ki, Börü qəsəbəsinə yaxın ərazidə buna qədər 11 mini Çindən gətirilən, 500 ədədi yerli olmaqla ümumilikdə 11500 ədəd tut tingi əkilib. Cari ildə 500 kq barama istehsalı planına əsasən, 636 kq barama istehsal edilib.









    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib68 dəfə
    Xocalı rayon İH nın təşkilatçılığı ilə Börü qəsəbəsi ərazisində 10000 ədəd yerli tut tingləri əkilib

    Maraqlı gələ bilər
    57
    77
    194